• 28 °C
|

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026
img

“Sizin Sığorta Brokeri” MMC-nin lisenziyası ləğv edilib.

"APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 18 avqust 2026-cı il tarixli Qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 1 (bir) hüquqi şəxs olan sığorta brokerinə, 1 (bir) nəfər fiziki şəxs olan sığorta brokerinə və 2 (iki) nəfər fiziki şəxs olan sığorta agentinə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.