
Azərbaycanda 2030-cu ilə maliyyə institutundan ən azı bir cari krediti və ya kredit xətti olan mikro, kiçik və orta biznes subyektlərinin – MKOB-ların bütün MKOB-ların sayına nisbətinin 36 faizə çatdırılması nəzərdə tutulur.
“APA-Economics” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, 2025-ci ildə bu göstərici 25% olub.
Bununla yanaşı, bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin həcminin “Aqrarkredit” QSC və kredit ittifaqları istisna olmaqla 1,5 milyard manata çatdırılması planlaşdırılır. 2025-ci ildə bu göstərici 1 milyard manat təşkil edib.