20 Okt 2025
2025-ci il oktyabrın1-nə Azərbaycanda pul bazası 21 milyard 541.2milyon manat təşkil edib.
"APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, pul bazası ötən aya nisbətən 2% və ya 419.4milyon manat artıb.
Məlumata görə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 3% artıb, son 1 ildə isə 3.1% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.