05 Fev 2025
2025-ci il yanvarın 31-nə Azərbaycanda pul bazası 20 mlrd. 124.1 mln. manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin sonu ilə müqayisədə 3,8% və ya 792.4 milyon manat azdır.
Qeyd edək ki, Azərbaycanda pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% və ya 147 milyon manat azalıb.