
2026-cıilin 1 yanvar tarixinəAzərbaycanınıstrateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu vəAzərbaycan Respublikasının Mərkəzi Bankı)85,1milyard ABŞ dolları məbləğindəolmaqla xarici dövlət borcunu təqribən 17,7dəfəüstələyir.
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, 2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcu 4.813,5 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 129.094,0 milyon manat (75.937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil edib. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalıb.