Kapital bazarlarında səhm qiymətlərində dəyişiklik investorların gözləntiləri ilə bağlıdır.
"APA-Economics” xəbər verir ki, bunu Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
O bildirib ki, investisiya şirkətlərinin üzərinə məlumatların yayılması baxımından böyük iş düşür:
"Geniş auditoriyaya bankın fəaliyyəti, gəlirləri barəsində geniş məlumat verilməlidir. Əgər investorların gözləntiləri müsbət yöndə olsa bankın səhmlərinin qiyməti yüksələ bilər"- deyə sədr əlavə edib.
Xatırladaq ki, ötən il səhmlərinin İPO-sunu keçirən ABB səhmlərinin qiyməti hazırda 25 qəpiyə enib.