• 26 °C
|

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə 140 manat müavinət veriləcək

12 İyun 2025
img

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə 140 manat müavinət veriləcək.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il iyulun 1-dən bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 100 manatdan 140 manata qaldırılıb.