• 25 °C
|

Bitkoinin qiyməti tarixi maksimumu yeniləyib

10 İyul 2025
img

Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 112 min dolları ötüb.

"Report" bu barədə “Coinbase” platformasının məlumatlarına əsasən məlumat verir.

Bakı vaxtı ilə çərşənbə günü saat 23:55-ə olan məlumatlara əsasən, kriptovalyutanın qiyməti 112 055 dollar (+3,04%) təşkil edib.

"Binance" platformasında isə bitkoinin maksimum dəyəri 111 999,79 dollar olub. Saat 00:00-a (Bakı vaxtı ilə) olan vəziyyətə görə, kriptovalyutanın qiymətindəki artım zəifləyib (Coinbase) və 111,8 min dollar (+2,8%) səviyyəsində qərarlaşıb.