• 30 °C
|

Bu il Dövlət Maliyyə Nəzarəti Xidməti 83 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb

7 Avqust 2026
img

Bu ilin yanvar-iyun aylarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 83 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.

APA-Economics” bu barədə Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.

Belə ki, nəzarət tədbirləri başa çatdırılmış təşkilatlardan 51-də yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-də isə plandankənar yoxlamalar çərçivəsində aparılıb.

Hesabat dövründə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat məbləğində vəsaitin bərpası təmin edilib.