• 7 °C
|

Bu il üzrə güzəşt və azadolmaların həcmi açıqlanıb

5 Yanvar 2026
img

2026-cı ildə sahibkarlıq fəaliyyəti üzrə güzəştlər 3.3 milyard manat, qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar isə 12 milyon manat təşkil edəcək.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, cari il azadolmaların məbləği beynəlxalq maqavilələr ilə bağlı 1.4 milyard manat, maliyyə xidmətləri və dövlət maliyyə institutlarının fəaliyyəti ilə əlaqədar 698.4 milyon manat, sosial baxımdan həssas əhali qrupu ilə bağlı 674.9 milyon manat, qeyri-kommersiya fəaliyyəti ilə əlaqədar 436.5 milyon manat, qrant, humanitar və texniki yardım ilə bağlı 33.4 milyon manat, xüsusi iqtisadi zonalar və Ələt azad iqtisadi zonası ilə əlaqədar isə 4.7 milyon manat təşkil edəcək.

Qeyd edilib ki, bu il üzrə tətbiq olunacaq güzəşt və azadolmalar əsasən regional inkişafı sürətləndirməyi, istehsalı genişləndirməyi, kiçik və orta biznesin vergi yükünü azaltmağı, eləcə də nağdsız ödənişlərin təşviqini hədəfləyir.