• 27 °C
|

Dövlət zəmanətli borcun məbləği açıqlanıb

13 Fevral 2025
img

2025-ci il 1 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 10.957,4 milyon manat və ya 2024-cü il üzrə olan ÜDM-in 8,7 faizini təşkil edib.

Bu barədə "APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, dövlət zəmanətinin 9.196,8 milyon manatı (5.409.9 milyon ABŞ dolları) və ya 83,9 faizi xarici kreditlərin, 1.760,6 milyon manatı və ya 16,1 faizi isə daxili kreditlərin payına düşür.