• 7 °C
|

Dünya bazarlarında neftin qiyməti 81 dollardan aşağı enib

18 Yanvar 2025
img

Ötən gün dünya bazarlarında neft yenidən ucuzlaşıb.

APA-Economics” xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,62% və ya 0,50 dollar azalaraq 1 barelə görə 80.79 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,02% və ya 0,80 dollar azalaraq 1 barelə görə 77.88 ABŞ dollarına bərabər olub.