• 31 °C
|

Əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

10 Avqust 2026
img

Bu ilin yanvar-iyul aylarında əsas kapitala 11 milyard 111,9 milyon manat məbləğində investisiya yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% çoxdur.

Hesabat dövründə qeyri neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 7 milyard 403,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,9% artım deməkdir.