
2025-ciilin yanvar-aprelaylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 287 milyon 43 min manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12.5% və ya 31.9milyon manat çoxdur. 2024-cü ilin yanvar-aprelaylarında həyat sığorta şirkətləri 255milyon 141min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 95.5% təşkil edib.
Cari ilin ilk 4ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 14.2% artaraq 145milyon 127min manata çatıb. Ötən ilin ilk 4ayında bu sığorta növü üzrə ödənişlər 127milyon 66min manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.