• 27 °C
|

I yarımildə dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

7 İyul 2026
img

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Bu barədə "APA-Economics”ə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin gəlirləri 19 179,4 milyon manat təşkil edib ki, bu da proqnozu 350,5 milyon manat və ya 1,9 faiz üstələyib.

I yarımildə dövlət büdcəsinin xərcləri 17 230,6 milyon manat proqnoza qarşı 16 775,5 milyon manat məbləğində icra edilib ki, bu da 97.4 faiz təşkil edir.