• 22 °C
|

I yarımildə həyatın yaşam sığortasına yatırımlar 400 mln. manatı ötüb

24 İyul 2025
img

2025-ciilin yanvar-iyun aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 401 milyon 418 min manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18.8% və ya 63milyon 519min manat çoxdur. 2024-cü ilin yanvar-iyun aylarında həyat sığorta şirkətləri 337 milyon 899 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 95.2% təşkil edib.

Cari ilin ilk 6ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 28.6% artaraq 298milyon 86min manata çatıb. Ötən ilin ilk 6ayında bu sığorta növü üzrə ödənişlər 231milyon 755min manat təşkil edib.

Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.