• 15 °C
|

ING Azərbaycanla bağlı makroiqtisadi proqnozlarını yeniləyib

6 Oktyabr 2025
img

Niderlandın ən böyük maliyyə qrupu "ING Group" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yeniləyib.

"APA-Economics” xəbər verir ki, ING 2025-ci ildə 1,5 %, 2026-cı ildə isə 2,8 % qitsadi artım proqnozlaşdırıb.

Əvvəlki proqnoza nisbətən ING bu il üzrə artım proqnozunu 0,8 faiz bəndi azaldıb, 2026-cı il üçün isə 0,3 faiz bəndi artırıb.

Bankın proqnozlarına görə, 2025-ci ilin sonuna nominal ÜDM 79,6 milyard ABŞ dolları, gələn il isə 81,3 milyard ABŞ dollarına bərabər olacaq.

ING həmçinin, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5,1 %, 2026-cı ildə isə 5,8 % olacağını proqnozlaşdırıb.

Əvvəlki proqnozlarla müqayisədə cari il üçün gözləntilər 0,4 faiz bəndi azalıb, növbəti il üçün isə 0,5 faiz bəndi artıb.