28 Avq 2025
Bu ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk dəfə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi məqsədilə depozit hərracı keçirilib.
“APA-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, indiyədək bu məqsədlə 14depozit hərracı təşkil olunub və ümumilikdə 6milyard830 milyonmanat vəsait banklarda depozit kimi yerləşdirilib.
Qeyd edək ki, həmin depozit hərraclarında banklara yerləşdirilən vəsaitdən ümumilikdə 56.4milyon manat faiz gəliri formalaşacaq.
Depozit hərracları | Depozitin məbləği | Depozitin müddəti | Orta çəkili faiz dərəcəsi | Faiz gəlirləri, mln. manat |
11 aprel 2025-ci il | 1 mlrd. manat | 3 ay | 7.21% | 18.025 |
24 aprel 2025-ci il | 500 mln. manat | 32 gün | 7.04% | 3.086 |
21 may 2025-ci il | 500 mln. manat | 30 gün | 6.8% | 2.795 |
26 may 2025-ci il | 500 mln. manat | 30 gün | 6.74% | 2.770 |
03 iyun 2025-ci il | 500 mln.manat | 30 gün | 6.42% | 2.638 |
20 iyun 2025-ci il | 500 mln.manat | 28 gün | 7% | 2.685 |
25 iyun 2025-ci il | 500 mln. manat | 30 gün | 7% | 2.685 |
3 iyul 2025-ci il | 500 mln. manat | 29 gün | 7,25% | 2.880 |
11 iyul 2025-ci il | 350 mln. manat | 28 gün | 7,25% | 1.947 |
11 iyul 2025-ci il | 500 mln. manat | 90 gün | 7,25% | 8.938 |
18 iyul 2025-ci il | 500 mln. manat | 28 gün | 7,25% | 2.781 |
25 iyul 2025-ci il | 330 mln.manat | 28 gün | 7% | 1.772 |
1 avqust 2025-ci il | 450 mln. manat | 28 gün | 7% | 2.416 |
8 avqust 2025-ci il | 200 mln. manat | 28 gün | 7% | 1.074 |