31 İyl 2025
Maliyyə Nazirliyinə məxsus jurnal ləğv olunur.
"APA-Economics” bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, “Maliyyə və uçot jurnalı redaksiyası” MMC ləğv olunduğunu elan edib. Qeyd edilib ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Maliyyə və uçot jurnalı redaksiyası” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 min manatdır.