• 3 °C
|

Mərkəzi Bank “Azər-Türk Bank”a icrası məcburi göstəriş verib

23 Yanvar 2025
img

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azər-Türk Bank” ASC-yə icrası məcburi sərəncam verib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Azər-Türk Bank” ASC tərəfindən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın (Qayda) 14.1-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən “Azər-Türk Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib..