• 12 °C
|

Milli Məclis İSF-nin 2026-cı il büdcə layihəsini ikinci oxunuşda qəbul edib

2 Dekabr 2025
img

İşsizlikdən sığorta fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

– işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;

– işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.