• 30 °C
|

Milli Məclis ötən il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib

19 İyun 2026
img

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, layihəyə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2% üstələyərək 39 milyard 184,6 milyon manata çatıb.
Dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8% azdır.
Nəticədə 2025-ci ildə dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.
Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.