• 28 °C
|

“Modenis” MMC-nin ödəniş təşkilatı lisenziyası ləğv edilib

5 Avqust 2026
img

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Modenis” MMC-nin ödəniş təşkilatı lisenziyası ləğv edilib.

"APA-Economics” AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin 04 avqust 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyası ləğv edilib.

“Mpay” Məhdud Məsuliyyətli Cəmiyyəti “Modenis” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilib və onun hüquqi varisidir.