
Strateji valyuta ehtiyatlarımız oktyabrın 1-nə 89,4 milyard dollara çatıb, bu da xarici dövlət borcunu 20 dəfə üstələyir.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.
“Biz artıq hər il Dövlət Neft Fondundan transferti azalmaq siyasəti həyata keçiririk. 2030-cu ilə qədər transferti 1,5 milyuard dollar azaldaraq, 2030-cu ildə 5,5 milyard dollar transfert məbləğinə çatmağı hədəfləyirik. Neftdən asılılığı azaltmaq üçün sistemli iş aparırıq”, – deyə nazir qeyd edib.