• 30 °C
|

Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 mlrd. manata yaxınlaşıb

29 İyul 2026
img

Bu ilin iyun ayında Azərbaycanda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 902 milyon manat təşkil edib.

"APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 575 milyon manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1 milyard 325 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8-ni təşkil edib.

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyulun 1-i tarixi ilə müqayisədə bankomatların sayı 4.4%, POS-terminalların sayı 16.9% artıb.

İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14.5% artıb.