• 17 °C
|

Ötən il 287 mindən çox bəyannamə vaxtından gec təqdim edilib

17 Sentyabr 2025
img

2024-cü ildə vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinə (DVX) ümumilikdə 2 644 254 bəyannamə təqdim edilib.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-cü ilə dair illik hesabatını istinadən xəbər verir.

Qeyd edilib ki, ötən il təqdim edilən bəyannamələrin 10,89%-i və ya 287 918 ədədi gecikdirilərək DVX-yə təqdim olunub.