• 28 °C
|

“PAŞA Bank” kartlara mədaxil əməliyyatları üzrə yeni limitlər tətbiq edəcək

17 Avqust 2026
img

Rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılması, fırıldaqçılıq və sui-istifadə hallarının qarşısının alınması məqsədilə 18.08.2026-cı il tarixindən etibarən "PAŞA Bank" tərəfindən kartlara mədaxil əməliyyatları üzrə yeni limitlər tətbiq ediləcək.

APA xəbər verir ki, yeni limitlərə əsasən, hər kart üzrə gündəlik maksimum 5 nağdsız mədaxil əməliyyatı həyata keçirilə bilər.

"Hər kart üzrə aylıq nağdsız mədaxil limiti maksimum 20 000 AZN təşkil edir. Müştərinin öz “PAŞA Bank” kartları arasındakı əməliyyatlara limit şamil olunmur. Qeyd olunan gündəlik və aylıq limitlər yalnız vəsaiti qəbul edən kart üzrə hesablanacaq. Kartdan edilən məxaric əməliyyatlarına bu yeni limitlər şamil olunmur və mövcud bank limitləri qüvvədə qalır", – bankdan bildirilib.