• 18 °C
|

“Prior Credit BOKT”un vəzifəli şəxsi cərimə edilib

30 Oktyabr 2025
img

“Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsi2 min manat cərimə edilib.

Bu “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, AMBtərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilib.