• 17 °C
|

Son 20 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 38 dəfədən çox artıb

22 Oktyabr 2025
img

Son 20 ildə ölkənin strateji valyuta ehtiyatları 38 dəfədən çox artıb ki, bu da 37 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə imkan yaradır.

"APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin müavini Əli Əhmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda deyib.

Əli Əhmədov bildirib ki, xarici mühitdə yaranmış qeyri-müəyyənliklərə baxmayaraq valyuta bazarı tənzimlənib, bu da manatın məzənnəsinin sabitliyinin qorunmasına şərait yaradıb: “Tədiyyə balansının profisitli olması və strateji valyuta ehtiyatlarının artması makroiqtisadi dayanıqlılığı möhkəmləndirilib. Bu yalnız sabitliyin göstərici deyil, həm də gələcək nəsillərin iqtisadi təhlükəsizliyin qorunmasının göstəricisidir”.