• 16 °C
|

Zəfər Günü ilə əlaqədar “Atəşgah” Sığorta Qrupunun rəhbər heyəti Zəfər abidəsini ziyarət edib

7 Noyabr 2026
img

Zəfər Günü ilə əlaqədar “Atəşgah” Sığorta Qrupunun rəhbər heyəti Zəfər abidəsini ziyarət edib.

“Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov, “Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Xumar İmamverdiyeva, eləcə də şirkətlərin digər rəhbər şəxslərinin iştirak etdiyi ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

“Atəşgah” Sığorta Qrupu adından Zəfər abidəsi önünə gül çələngi qoyulub.

Ziyarət zamanı Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əhəmiyyəti bir daha vurğulanıb, şəhidlərin xatirəsinin daim ehtiramla yad ediləcəyi qeyd olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.