28 Apr 2026

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın BMT-dəki nümayəndə heyətinin üzvünə İnformasiya Komitəsinin sessiyasında iştirak etmək üçün viza verməyib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
O ümid etdiyini qeyd edib ki, BMT Katibliyi arbitraj prosedurlarının başlanması da daxil olmaqla, bu pis siyasiləşdirilmiş praktikanı dayandırmaq üçün hərtərəfli tədbirlər görəcək.