• 25 °C
|

ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq edib

10 Yanvar 2025
img

ABŞ Azərbaycan əsilli rusiyalı iş adamı, LUKOİL şirkətinin keçmiş prezidenti, hazırki həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova qarşı sanskiya tətbiq edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilib.

Qeyd edək ki, ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Rusiyanın 20-dən çoxneft sənayesi xidməti şirkəti ABŞ-nin sanksiyaları altına düşüb.