• 20 °C
|

Belarus və Fransa prezidentləri arasında telefon danışığı olub

24 May 2026
img

Bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Belarus və Fransa prezidentləri regional problemləri, həmçinin Belarusun Avropa ittifaqı və Fransa ilə münasibətlərini müzakirə ediblər.