• 21 °C
|

Belarusun BMT-dəki daimi nümayəndəsi ABŞ-la danışıqlar prosesi ilə bağlı bəzi detalları açıqlayıb

22 Oktyabr 2026

Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov ABŞ-la sanksiyaların ləğvi ilə bağlı danışıqların çətin keçdiyini, lakin prosesdə müsbət nəticələrin və qarşılıqlı marağın olduğunu bildirib.

“BelTA” agentliyinin məlumatına görə, Rıbakov Belarus Prezidenti Aleksandr Lukaşenkoya məruzə etdikdən sonra jurnalistlərə açıqlamasında ABŞ-la danışıqların davam etdirilməsində tərəflərin qarşılıqlı maraqlı olduğunu deyib.

Diplomat qeyd edib ki, Belarus tərəfi üçün əsas məsələlərdən biri ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğvidir.

“Belarus Prezidenti dəfələrlə bildirib ki, biz ən zəngin, ən qüdrətli və ən böyük ölkə deyilik, öz yerimizi anlayırıq. Bununla belə, hamıya məlum olan bir sıra səbəblərə görə Belarus ABŞ üçün maraq kəsb edir. Məhz bununla bizim qarşılıqlı əlaqə prosesimizin davam etməsi izah olunur”, – Rıbakov vurğulayıb.