
Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünün başlanğıcından indiyə qədər ümumi itkiləri 1 milyon 168 min nəfərə çata bilər.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi özünün “X” səhifəsində məlumat paylaşıb.
Məlumata görə, 2025-ci ilin vəziyyətinə görə, Rusiyanın müharibədə təxminən ölü və yaralı olmaqla 382 min itki verdiyi ehtimal olunur.
Bildirilir ki, 2025-ci ilin noyabr ayında Rusiyanın gündəlik orta itki səviyyəsi 1033 nəfər olub ki, bu oktyabr ayındakı 1008 nəfərlik göstəricidən artıqdır və bu artım ardıcıl üçüncü aydır ki davam edir.