• 15 °C
|

Dağıstanda daşqınlarda üçü uşaq olmaqla, 6 nəfər ölüb

7 Aprel 2026
img

Dağıstanda baş verən daşqınlar nəticəsində üçü uşaq olmaqla, altı nəfər ölüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Dağıstandakı təbii fəlakətin qurbanları 5-17 yaş arası üç uşaq, iki qadın və bir təqaüdçü olub.

Qeyd edək ki, aramsız yağan yağışlar Dağıstanın Mahaçqala, Kaspiysk və Dərbənd rayonlarında daşqınlara səbəb olub. Evlər və avtombil yolları su altında qalıb. Təbii fəlakət nəticəsində 6 mindən çox insanın zərər gördüyü bildirilib.