
Ermənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətininarxiyepiskop Mikael Ajapakhyanı saxlamasına mane olan vətəndaşlara qarşı cinayət işi açıb.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Komitədən bildirilib ki, bu şəxslərin əməlləri ədalət mühakiməsinə maneçilik kimi qiymətləndirilir. İstintaq Komitəsi hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinə müdaxiləyə görə cinayət məsuliyyətinin olduğunu xatırladıb və vətəndaşları mövqe bildirərkən qanuna riayət etməyə çağırıb.
Qeyd olunub ki, arxiyepiskop Mikael Ajapaxyana qarşı da cinayət işi açılıb. Onun Gümrüdəki iqamətgahında axtarışlar aparılıb.