
Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyan haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.
APA xəbər verir ki, ona qohumları xaricində kiminləsə ünsiyyət qurması qadağan edilib.
Qeyd edək ki, bu, son iki gündə həbs edilən ikinci arxiyepiskopdur. Bundan əvvəl isə yepiskop Baqrat Qalstanyan haqqında həbs qətimkan tədbiri seçilmişdi.
***
21:56
Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.
APA-nın erməni KİV-ə istinadən xəbərinə görə, bu barədə onun vəkili məlumat verib.
O bildirib ki, istintaq arxiyepiskop barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat verəcək.