• 13 °C
|

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxıanılanlar var

27 İyun 2025
img

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.

APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, polis İstintaq Komitəsinin binası yaxınlığında 20-dən çox şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti saxlanılma faktını təsdiqləyib. Saxlanılanların sayı açıqlanmayıb. Sayın artdığı bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl arxiyepiskop Mikael Ajapakhyan İstintaq Komitəsinin binasına daxil olub, onu binaya qədər xeyli sayda tərəfdarı müşayiət edib.