• 22 °C
|

Ermənistan MSK: Paşinyanın partiyası səslərin 51,03%-ni toplayıb – YENİLƏNİB

8 İyun 2026
img

Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası bülletenlərin 50,31%-i (742 857 səs) emal edildikdən sonra 51,03% səs toplayıb.

İşa adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,51%-ni və iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.

***
00:04

Ermənistanda Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi partiya parlament seçkilərində liderlik edir.

APA xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK-nın 110 seçki məntəqəsindən daxil olan ilk məlumatlarına görə, Paşinyanın partiyası seçicilərin 57,14 faiz səsini toplayıb.

Səslərin sayılması prosesi davam edir.