28 Mar 2026

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.
"Sputnik Armenia"ın məlumatına görə,tərəflər Yaxın Şərqdəki son hadisələr və potensial həll yolları barədə fikir mübadiləsi aparıblar.
Bundan əlavə, humanitar məsələlər və çoxtərəfli gündəmdəki mövzular da müzakirə edilib.
Qeyd edilib ki, XİN rəhbərlərinin sonuncu telefon danışığı martın 2-də baş tutub.