• 13 °C
|

Ermənistan xüsusi təyinatlıları erməni kilsəsi başçısının iqamətgahının ərazisinə daxil olublar – VİDEO

27 İyun 2025
img

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları erməni kilsəsinin başçısının iqamətgahının ərazisinə daxil olublar.

APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb.

Jurnalistlər ərazidən uzaqlaşdırılıb.

Bundan əvvəl Eçmiədzinin polis rəisi kilsəyə gəlib.

Bütün ermənilərin katolikosu II Qareginin ruhanilərlə toqquşmanın qarşısını almaq üçün xüsusi təyinatlıların qarşısına çıxıb.

Hazırda tərəflər arasında müzakirə aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında 30-a yaxın maskalı şəxs Şirak Yeparxiyasının binasına daxil olub.