03 Noy 2026

Ermənistanın Araqatsotn vilayətində baş verən ağır yol- nəqliyyat hadisəsi nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.
APA xəbər verir ki, hadisə İrəvan-Vanadzor avtomobil yolunun dolama hissəsində yük avtomobili ilə üç minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib.
Daxili İşlər Nazirliyi hələlik hadisənin təfərrüatlarını açıqlamayıb. Nazirlik yalnız qəzanın baş verdiyini və ölənlərin olduğunu təsdiqləyib.