30 İyl 2025
Ermənistandakı “Müqəddəs Mübarizə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyanın tərəfdarı olan üç nəfər saxlanılıb.
APA-nın yerli mətbuata istinadən xəbərinə görə, onların Artur Demirçyan, Lusine Qriqoryan və Ovnatan Demirçyan olduqları açıqlanıb.
Həmin şəxslər Baqrat Qalstanyanın başladığı etiraz hərəkatının fəal iştirakçıları olmaqda təqsirləndirilir.
Xatırladaq ki, B. Qalstanyanın barəsində iyunun 26-da həbs-qətimkan tədbiri seçilib.
O, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət çevrilişinə cəhddə günahlandırılır.