• 7 °C
|

Ermənistanda yolların buz bağlaması nəticəsində 27 avtomobil toqquşub

11 Yanvar 2025
img

Ermənistanda yolların buz bağlaması və duman səbəbindən Araqatsot bölgəsində İrəvan-Gümrü avtomobil yolunun 82-ci km-dən 86-cı km-dək olan hissəsində zəncirvari qəzalar baş verib.

APA xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Məlumata görə, zəncirvari qəzalar nəticəsində 27 avtomobil toqquşub.

Hadisə nəticəsində ölən və xəsarət alanlara dair məlumat daxil olmayıb.