• 5 °C
|

Ermənistanın müdafiə xərcləri 2018-ci illə müqayisədə 1,1 mlrd. dollar artıb

13 Yanvar 2026
img

Ermənistanın müdafiə xərcləri 2018-ci illə müqayisədə 1,1 milyard dollar artıb.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, 2025-ci il müdafiə sektorunda islahatlar baxımından əhəmiyyətli olub və hərbi xidmət müddətinin 1,5 ilə endirilməsi əsas dönüş nöqtələrindən biridir.

Müdafiə naziri orduda nizam-intizamın yaxşılaşdırılması üçün addımlar atıldığını qeyd edib.

Suren Papikyan Müdafiə Nazirliyinin ordu üçün yeni geyim formalarının tamamilə satın alınması barədə məlumatı təkzib edib.

Qeyd edək ki, Ermənistanda 2026-cı il yanvarın 1-dən etibarən çağırışçılar 1,5 il xidmət edəcəklər. Əvvəllər məcburi hərbi xidmət müddəti 2 il idi.