13 Okt 2026

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb.
APA yerli KİV-ə istinadən xəbər verir ki, jurnalist Yaponiyanın “Hokkaydo Şimbun” qəzetinin müxbiridir və Rusiya Xarici İşlər Nazirliyində akkreditasiyadan keçərək Yujno-Saxalinskdə fəaliyyət göstərib.
Məlumata görə, jurnalist Yaponiyanın xüsusi xidmət orqanlarının maraqları naminə casusluqda şübhəli bilinir.
O, Rusiyanı tərk etməyə hazırlaşarkən uçuşdan bir gün əvvəl Saxalində saxlanılıb və Moskvaya aparılıb.