• 15 °C
|

II Qareginin qardaşı və onun oğlunun həbs müddəti uzadılıb

29 Noyabr 2025
img

Ermənistanda məhkəmə bütün ermənilərin katolikosu II Qareginin (Ktriç Nersisyan) qardaşı və qardaşı oğlunun həbs müddətini uzadıb.

APA “Sputnik Armeni”ya istinadən xəbər verir ki, Gevork Nersisyan barəsində həbs-qətimkan tədbiri daha iki ay, onun oğlu Ambartsum üçün isə üç ay müddətinə uzadılıb.

Ata və oğul noyabrın 3-də həbs olunublar. Onlara Vaqarşapatda keçirilən seçkilərdə Qərbyönlü “Respublika” partiyasının seçkiqabağı təşviqatına mane olmaqda ittiham irəli sürülüb.