• 25 °C
|

İki türk alpinist Rusiyada Elbrus dağında donaraq ölüb

24 Aprel 2025
img

Antalyadan olan 5 nəfərlik alpinist qrupdan Mehmet Kocaakça və Kazım Gülər ​​Rusiyanın Elbrus dağının zirvəsində hipotermiya səbəbilə dünyasını dəyişib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasetmə qruplarının müdaxiləsi ilə 3 alpinist xilas edilib.

Məlumata görə 5 nəfərlik qrup bazar günü Rusiyaya gedib. Onlar Rusiyada hündürlüyü 5642 metr olan məşhur Elbrus dağına çıxıblar.