• 14 °C
|

İranın Atom Enerjisi Təşkilatı: “Fordo” nüvə stansiyasında cüzi dağıntılar var

14 İyun 2025
img

“Ölkəmizə məxsus “Fordo” nüvə stansiyasında cüzi dağıntılar var”.

APA xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib.

O bildirib ki, bir qədər əvvəl kritik əhəmiyyət daşıyan avadanlıqlar təhlükəsizlik səbəbindən stansiya ərazisindən çıxarılıb:

“Hazırda həmin nüvə obyektində hər hansı çirklənmə aşkar edilməyib. Onlara dəymiş ziyanın miqyası geniş olmadığı üçün qısa müddətdə aradan qaldırılacaq”.